Roman Shustov Öz maraqlı işi haqqında tanınmış italyan rəssam Laura Skatolini belə deyir: “Bu gün kukla rəssamı olmağım üçün ilk növbədə mənə birinci etimad göstərən və “Cernit”dən unikal əsərlər yaratmağa sövq edən Orlandoda (Florida ştatı) yerləşən “Walt Disney” şirkətinə minnətdar olmalıyam.
Mən “Cernit”lə 1993-cü ildən işləməyə başladım və 1994-cü ildə ilk dəfə “Disney World”un çox məşhur Teddy Bear & Doll konvensiyasında iştirak etdim. On il bu sərgidə iştirak etmişəm. ABŞ-da əsərlərim Orlando, Nyu-York (Plaza Hotel) və Çikaqoda (Four Seasons Hotel) nümayiş etdirilib. ABŞ-da mənim kolleksiyaçılarım arasında müxtəlif aktyorlar, o cümlədən Demi Mur, Rey Liott, Ron Hovard vardır; Selin Dion isə mənim kuklamı Barbara Streyzendə toy hədiyyəsi kimi almışdır. Bir neçə il ərzində mən DOLLS MAGAZİNE jurnalından DOLLS AWARD mükafatlarını almışam. Lakin hesab edirəm ki, ən mühümü “Walt Disney”dən aldığım 1999-cu ilin COLLECTOR'S CHOICE AWARDS (Kolleksiyaçıların seçimi) mükafatıdır.