Bizi hər gün əhatə edən əşyalar elə müxtəlifdirlər.
Bəziləri bizim diqqətimizi çəkməyə qadirdirlər, bəziləri isə bizi laqeyd buraxırlar. Bəzən gözəgörünməyən nə isə bizdə isti və zərif hisslər yaradır və romantik anlarda xüsusi ilham verir.
Rəssam İnara Liepa özünün yaradıcı “Dizayn elementləri” adlı emalatxanasında məhz bu cür əhval-ruhiyyəni öz işləri ilə yaradır. Əl işini və yaradılmış hər bir ışdə fərdiliyi qiymətləndirən insanlar üçün bu əsərlər təkrarolunmazdır və onlara sevinc bəxş edir.
İnara Liepa ixtisasca rəssam-dizaynerdir, Latviya Dizaynerlər İttifaqının üzvüdür. Kuklalarla o uşaqlıqdan məşğuldur və özünün bütün düşüncəli həyatını onlara həsr edib. İnteryer kuklalarını yaratmaq isə onun peşəsinə çevrilib.
Emalatxanada müəllif kuklaları, heykəl kuklalarla lampalar, Teddy kolleksiya ayıları, lavanda ətirli dovşanlar, yaradıcı və romantik insanların interyer dizaynı üçün müxtəlif əşyalar...yaradılır.
Dizayner və qədimi kuklaların kolleksioneri olan İnara Liepa Riqa Kukla Sənəti Muzeyinin direktorudur. Muzey həqiqətən də ailə işinə çevrilib: təkcə həyat yoldaşı Uldis deyil, həm də qızı Santa maraqlı toplama prosesinə, mövzunun öyrənilməsinə “dərindən baş vurublar”.
Rəssam İnara Liepanın Riqa Kukla Sənəti Muzeyindəki təəssürat yaradan şəxsi kolleksiyasında yer alan “Uşaqlığın irsi” və “Köhnə Riqanın hekayələri” kimi hədiyyə və suvenir dəstləri qədimi kuklaların, oyuncaqların və məişət əşyalarının toplanmasından ilham almaqla yaranır.