Dəfələrlə “Kukla sənəti” (Moskva), “Dəbli kukla” (Kiyev), “Əlahəzrət kukla” (Xarkov) sərgilərinin iştirakçısıdır. “Kukla ustası” jurnalında nəşr olunmuşdur. Kiyevdəki “Dəbli kukla” beynəlxalq sərgisində “Karib qızıl gülü” kuklasının təsvirini əks etdirən banner nümayiş etdirilmişdir.
“Del Arte” Beynəlxalq müsabiqəsinin Heykəl nominasiyasının nominantı, “Dəbli kukla” sərgisində “Kukla heykəli” nominasiyası müsabiqəsinin qalibi. Əsərləri MDB və xarici ölkələrin şəxsi kolleksiyalarındadır.