Münhen Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” fakültəsini bitirmişdir. Kostyumlar üzrə rəssam və teatr, kino və televiziyada dekorator qismində çalışmışdır. Öz əsərlərində çinidən, habelə əntiq və qədimi parçalardan istifadə edir. ABŞ, İspaniya, Avstriya, İsveçrə, Fransa, Ukrayna, Litva, Çexiya kimi ölkələr və Rusiyanın müxtəlif regionlarında keçirilən kukla sərgilərinin iştirakçısıdır. Kuklaların “görkəmli xüsusiyyətləri”nə görə “ Vera”incəsənət mükafatına (Moskva) layiq görülüb .