Tamilla Kurbanova Qurbanova Tamilla Arif qızı.
1976-80-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirərək heykəltəraş diplomunu almışdır.
1981-1986-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu rəssam-konstruktor diplomu ilə bitirmişdir.
1993-cü ildən müəllif kuklası ilə məşğul olur.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin üzvüdür. Polimer materiallardan olan yapma və heykəltəraşlıq tekstili texnikasında işləyir. Akademik məktəbin nümayəndəsidir, həm klassik, həm də kiçik formalı kukla və heykəllərin sintezi tərzində işləyir. Bir çox sərgilərdə iştirak etmişdir. Qurbanovanın portret işləri Azərbaycan Teatr Muzeyinin, Azərbaycan Dövlət Gömrük Muzeyinin, Heydər Əliyev Fondunun əmlakıdır, o cümlədən Avropa və Amerikada şəxsi kolleksiyalarda saxlanılır.