Müəlliflər - “Kukla” Art-qalereyası

animation
Axtarış:

Müəlliflər

Abbaslı Elmira Mikayıl qızı Bakı şəhərində, onun tarixi-memarlıq hissəsi olan İçəri şəhərdə anadan olmuşdur.
Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuşdur. O, SSRİ (hazırda Azərbaycan) Rəssamlar Birliyinin və Rusiya Peşəkar Rəssamlar Birliyinin üzvü, Krakovda (1989-cu il) İkinci Beynəlxalq Biennal folklor kukla festivalının bürünc mükafatçısı, beynəlxalq sərgilərin diplomçusudur.
Azərbaycan Rəssamlar İttifaqının üzvləri. Rusiyada, Belarusda və Avropada keçirilən çoxlu sayda beynəlxalq kukla sərgilərinin iştirakçıları və qalibləri, həmçinin “İlin kuklası” (“Kukla года”) 2009 və “Mədəni əlaqələrin möhkəmlənməsi uğrunda” (“За укрепление культурных связей”) 2009 müsabiqələrinin diplom sahibləri. Moskvada nəşr olunan “Kukla Ustası” (“Кукольный Мастер”) jurnalının 2009-2012-ci illərdə müxbir üzvləri. “Bakı Küləyi” (“Бакинский Ветер”) layihəsinin müəllifləri. “Fusion Doll” I Bakı Beynəlxalq Kukla biennalesinin kuratorları. 2010, 2012- ci illərdə Rusiyada və 2013-cü ildə Ukraynada beynəlxalq münsiflər heyətinin üzvləri.
Qurbanova Tamilla Arif qızı.
1976-80-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirərək heykəltəraş diplomunu almışdır.
1981-1986-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu rəssam-konstruktor diplomu ilə bitirmişdir.
1993-cü ildən müəllif kuklası ilə məşğul olur.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin üzvüdür. Polimer materiallardan olan yapma və heykəltəraşlıq tekstili texnikasında işləyir. Akademik məktəbin nümayəndəsidir, həm klassik, həm də kiçik formalı kukla və heykəllərin sintezi tərzində işləyir. Bir çox sərgilərdə iştirak etmişdir. Qurbanovanın portret işləri Azərbaycan Teatr Muzeyinin, Azərbaycan Dövlət Gömrük Muzeyinin, Heydər Əliyev Fondunun əmlakıdır, o cümlədən Avropa və Amerikada şəxsi kolleksiyalarda saxlanılır.
2006-cı ildən Kukla Müəllifləri Beynəlxalq Birliyi (KMBB) –nin üzvü. Kukla sənətinin korifeyi. Sankt Peterburq kukla muzeyinin yaradıcılarından biri. Çoxlu sayda beynəlxalq və xarici kukla sərgilərinin laureatı və nominantı. İşləri Rusiya, İtaliya, Fransa, Hollandiya, Norveç, Amerika, Almaniya, Avstriya, Finlandiya, İsveç və sairə ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Rusiya Rəssamlar İttifaqının üzvü. SPB Karnaval-paradında Qran-Pri. SPB XIV Uşaq Musiqili Teatrları Festivalında ”Tamaşanın orjinal tərtibatı”-na görə Qran-Pri. SPB Karnaval Paradında Qran-Pri (Şəhər günü). dollart.ru – da “İdeya” nominasiyasının mükafatı. 2009-cu ildə şəhər günü münasibətilə SPB Saray Meydanının baş tərtibatçı rəssamı. “Doğma mədəniyyətə töhfəyə görə” diplom və s. İşləri Rusiya, Azərbaycan, Ukrayna, ABŞ, İspaniya, Almaniya, Fransa, Avstriya, Finlandiya, Ərəb Əmiratları və s. kimi ölkələrdə şəxsi və muzey kolleksiyalarında saxlanılır.
“İncəsənətdə ölüm obrazı” (“Образ смерти в искусстве”), “Bədheybətlər və mifoloji məxluqlar” (“Монстры и мифологические существа”), “İncəsənətdə başmaq” (“Башмак в искусстве”) (rəssam M.Şemyakin fondu, Sankt Peterburq), “Kukla dövrü” (“Время кукол”) (Sankt Peterburq), Beynəlxalq Kukla Salonu (Moskva), “Kukla Sənəti” (“Искусство куклы”) (Moskva) adlı sərgilərin iştirakçısı və nominantı. İşləri Rusiya, İspaniya, ABŞ və Almaniyada şəxsi kolleksiyalarda saxlanılır.
Ukrayna Rəssamlar İttifaqının üzvü. Milli qrafika trienalesinin qalibi. Zaretskiy adına müsabiqənin üçüncü mükafatı nominantı və “Şrift” (“Шрифт”) müsabiqəsi gümüş diplomunun sahibi.
Ukrayna Milli Rəssamlar İttifaqının üzvü. “III Ümumukrayna Qrafika Triennale”sinin ikinci mükafatı laureatı. VI Kiyev Plakat Biennalesi, Qran-pri və ən yaxşı çap plakatı mükafatı.
RRYİ-nın (Rusiya Rəssamlarının Yaradıcı İttifaqı) üzvüdür. Beynəlxalq kukla sənəti salonunun (Sevr, Fransa), Ahoy Rotterdamdakı Beynəlxalq kukla sərgisinin (Rotterdam, Hollandiya), MARS qalereyasının (Moskva, Rusiya), Kukla kolleksiyasının (Moskva, Rusiya) iştirakçısıdır. “Baxış” nominasiyasında DOLLART müsabiqəsinin qalibi, “milli mədəniyyətinə verdiyi töhfələrə görə” RRYİ-nin diplomu ilə təltif olunmuşdur. Əsərləri Rusiya, Ukrayna, Çexiya, Fransa, Kanadanın şəxsi kolleksiyalarında saxlanılır.
Dəfələrlə “Kukla sənəti” (Moskva), “Dəbli kukla” (Kiyev), “Əlahəzrət kukla” (Xarkov) sərgilərinin iştirakçısıdır. “Kukla ustası” jurnalında nəşr olunmuşdur. Kiyevdəki “Dəbli kukla” beynəlxalq sərgisində “Karib qızıl gülü” kuklasının təsvirini əks etdirən banner nümayiş etdirilmişdir.
Rusiya Yaradıcı Rəssamlar İttifaqının üzvü. 9 “DOLLART” müsabiqəsinin qalibi (Brilyant Alma). "Doğma mədəniyyətə töhfəyə görə" bürünc medal. Vaxtanov Qalereyasında keçirilən Beynəlxalq Kukla sərgisinin “Vzlet” 2007 nominasiyasının laureatı.
Öz maraqlı işi haqqında tanınmış italyan rəssam Laura Skatolini belə deyir: “Bu gün kukla rəssamı olmağım üçün ilk növbədə mənə birinci etimad göstərən və “Cernit”dən unikal əsərlər yaratmağa sövq edən Orlandoda (Florida ştatı) yerləşən “Walt Disney” şirkətinə minnətdar olmalıyam...
2006-cı ildən başlayaraq ABŞ-da keçirilən Hellman Gallery, Magnum Opus, IDEX (Orlando), Best Friend Collectables and Dollery kimi beynəlxalq kukla sərgilərində iştirak edib.O həmçinin başqa ölkələrdə keçirilən “Kukla sənəti”,”Kukla salonu”(Moskva, Rusiya) və s. beynəlxalq sərgilərin iştirakçısı olub. 2007-ci ildə Dolls (ABŞ) jurnalının “mükəmməllik”nominasiyası mükafatına və 2010-cu ildə Colliii Award (Almaniya) ödülünə layiq görülüb.
Münhen Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” fakültəsini bitirmişdir. Kostyumlar üzrə rəssam və teatr, kino və televiziyada dekorator qismində çalışmışdır. Öz əsərlərində çinidən, habelə əntiq və qədimi parçalardan istifadə edir.
Çoxlu sayda beynəlxalq sərgilərin iştirakçısı. “Uşaqlığımızın nağılı” (“Наша сказка детства”) və “Stresə qarşı kukla” (“Кукла-антистресс”) mükafatlarının laureatı. İşləri Avropa və Rusiyada şəxsi sərgilərdə saxlanılır.