Müəlliflər - “Kukla” Art-qalereyası

animation
Axtarış:

Müəlliflər

Bizi hər gün əhatə edən əşyalar elə müxtəlifdirlər.
Bəziləri bizim diqqətimizi çəkməyə qadirdirlər, bəziləri isə bizi laqeyd buraxırlar. Bəzən gözəgörünməyən nə isə bizdə isti və zərif hisslər yaradır və romantik anlarda xüsusi ilham verir.
Rəssam İnara Liepa özünün yaradıcı “Dizayn elementləri” adlı emalatxanasında məhz bu cür əhval-ruhiyyəni öz işləri ilə yaradır. Əl işini və yaradılmış hər bir ışdə fərdiliyi qiymətləndirən insanlar üçün bu əsərlər təkrarolunmazdır və onlara sevinc bəxş edir.
Moskvada “Vaxtanov” (“Вахтановъ”), “Kukla məkanı” (“Пространство кукол”) və Sankt-Peterburq “DekArt” (“ДекАрт”) kimi kukla qalereyaları ilə əməkdaşlıq edir. Rusiya Rəssamlar Yaradıcılıq İttifaqının (RRYİ) və Kukla Müəllifləri Beynəlxalq Birliyi (KMBB) üzvü. "KUKLALAR RU" ("КУКЛЫ РУ") WEB-cəmiyyətinin moderatoru.
Hər il keçirilən ”Kukla ustası” (“Кукольный Мастер”) müsabiqəsinin “Stop-standart” ("Стоп-стандарт") adlı nominasiyasının və “Teddi Aləmi-2” (“Тедди Ленд-2”) kukla müsabiqəsinin qalibi. 2012-ci ildə Moskvada “Mars” qalereyasında keçirilən sərginin iştirakçısı.
“Moskvada Beynəlxalq Kukla salonu” ("Международный Салон кукол в Москве") 2009-2012, ”Moskva Yarmarkası” ("MoscowFair") 2010-2012 kimi beynəlxalq sərgilərin iştirakçısı. “Kiçik elita” (”Maленькая элита") və “Kvilt texnikasında kukla” ("Кукла в технике квилт") adlı nominasiyaların qalibi.
Zəriflik və Gözəllik mükafatları laureatı, Rusiya; Ali Mükafat, ABŞ; Bölgə İncəsənət Mükafatı, Fransa.
İşləri Fransa, ABŞ və Andora muzeylərində nümayiş etdirilir və saxlanılır, və həmçinin Rusiya və Yaponiya muzeylərində nümayiş etdirilir.
Teddi üslubunda ayılar hazırlayır. “Teddi Dünyası” (“ТеддиМир”), “Köhnə xeyirxah dost” (“Старый добрый друг”), “Ən yaradıcı” (“Самый креативный”), “Toxunma ayı”(“Текстильный мишка”) adlı sərgi müsabiqələrinin mükafatları laureatı və TeddyFan – ilin kuklası müsabiqəsinin “Maxerdən kukla” (“Мишка из Махера”) nominasiyasının qalibi.
N.S. Samokiş adına Krım İncəsənət texnikumunu, Xarkov İncəsənət Sənaye İnstitutunu bitirib.
Monumental-dekorativ sənət üzrə rəssamdır. Ukrayna Milli Rəssamlar Birliyinin üzvüdür.
Fəaliyyətinin əsas istiqamətləri:
bədii tikiş, bədii tekstil, muncuqla tikiş, bədii kukla
Sərgilərdə iştirak - 1992-ci ildən başlayara.q