Tədbirin keçirildiyi tarix: oktyabrın 25-dən noyabrın 3-nə qədər
Tədbirin təntənəli açılışı: 24 oktyabr saat 18:00
Tədbirin keçirildiyi məkan: “KUKLA” Art Qalereyası

24 oktyabr saat 18:00-da “KUKLA” Art Qalereyasında məşhur kukla ustaları Pərviz Hüseynov və İrina Qundorinanın yeni işlərinin təqdimatı baş tutdu. Qalereyada müəlliflərin “Marssayağı espresso” ümumi adı ilə birləşən yeni işləri təqdim olundu. Bu – “Karamel Latte”, “Sena çayı boyunca gəzinti”(“Səyahət” seriyasından) və “Okean müfəttişi” işləridir. Bununla yanaşı vahid mövzuda işlənmiş altı ədəd həcmli panno tamaşaçıların mühakiməsinə verilmişdir.
Pərviz Hüseynov və İrina Qundorina Azərbaycan Rəssamlar İttifaqının üzvləridirlər. Bir çox beynəlxalq kukla sərgilərinin laureatları və nominantlarıdırlar, o cümlədən “Səyahət 2” işinə görə, “Bədii kukla sənəti sahəsində Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə görə” (Sankt-Peterburq), “Kukla sənətinin inkişafı və təbliği üzrə peşəkar və yaradıcı fəaliyyətə görə”, dünya şöhrətli “Vaxtanov” kukla qalereyasından (Moskva). “Fantasmaqoriya” nominasiyasında “Dollplanet.ru” müstəqil portalının birinci mükafatı (Moskva) və s. “Bakı küləyi” və “Fusion Doll” Bakı Biennalesi beynəlxalq layihələrin müəllifləri. Azərbaycanda ilk dəfə olaraq kukla sənətinin art, konsepsiya və biopank kimi istiqamətlərinin nümayiş olunduğu Muzey Mərkəzinin “Caz üslubunda kuklalar” (Liana Vəzirovanın müəllif layihəsi) fərdi sərgisinin iştirakçılarıdırlar. Kukla mövzusuna həsr olunmuş bir çox nəşrlərin müəllifidirlər.
Pərviz Hüseynov 84 N-li Rəssamlıq Texnikumunu tərtibatçı rəssam ixtisası üzrə, İnşaat Mühəndisləri İnstitutunun isə Şəhərsalma memarlığı fakültəsini bitirmişdir.
İrina Qundorina Ə. Əzimzadə adına Rəssamlıq Texnikumunu və A. L. Ştiqlis adına Sankt-Peterburq Dövlət İncəsənət Sənayesi Akademiyasını (Muxina adına texnikum) bitirmişdir. Hazırda ər-arvad qismində birgə yaşayıb yaradırlar. “Marssayağı espresso” sərgisi – Marsda həyat mövzusu üzrə kukla fantaziyalarıdır. Əsərlər fərdi yanaşma üçün nəzərdə tutulmuşdur və hər bir tamaşaçıya sərbəst fantaziya təklif edərək, özlərində ümumi və açıq izah daşımırlar.

Fotoqraf Fərid Xayrulin.