23.04.2014 - 29.03.2014
Vaxt: 19:00
Akt zalı
Təşkilatçılar: “Kukla” Art-Qalereyası, Muzey Mərkəzi

23 aprel 2014-cü ildə Bakıda “Kukla” adlı ilk profil incəsənət qalereyasının açılışının bir ili tama olacaq. Qalereyanın təşkilatçıları Sankt-Peterburqdan olan məşhur gənc rəssam Lada Repinanın yeni əsərlərinin sərgisini bu hadisə ilə eyni vaxtda keçirmək qərarına gəliblər. Lada Repinanın kuklaları Bakı tamaşaçılarına artıq tanışdır və onlardan bəziləri “Kukla” qalereyasının kolleksiyasına daxildirlər.
Bu gün məhz Bakı üçün Lada Repina “Krallıq” adı altında unikal bir kukla seriyası hazırlayıb. Vaxtaşırı əvvəlki işlərində həm seriyalar, həm də tək işlər daxil olmaqla müəllif təsadüfi olaraq bu mövzuya toxunmuşdur. “Liliputlar kralı”, “Qırmızı Toxmaqlı qadın” adlı əsərlərində rəngarəng, lakin Qofman tərzində qrotesk ilə bu mövzunu açır. Əvvəlki işlərlə birləşdirilmiş və tamamlanmış bu seriya öz “Krallığ”ının sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirən və onu yüksək incəsənət və layihə səviyyəsinə qədər ucaldan bir rəssamın əməyinin nəticəsidir.
Lada Repinanın əsərləri art-obyekt kimi xarakterizə edilə bilər, lakin öz təqdimatına görə müəllif dar profilli xəyali təsirə keçmir, daha çox vizual bədii estetikaya müraciət edir. Əvvəlcədən elan olunan mövzunun möhkəmləndirilməsi üçün onun işləri bir qayda olaraq seriyalar ilə nümayiş olunur. Müxtəlif tərəflərdən və müxtəlif qavrayış nöqtələrindən hər bir obyektin öz təkrarolunmaz mənası var və onlar real kuklanın xarakterini qeyri-real dünya ilə tamamlayırlar. Onun işlərində rəngin xüsusi yeri var. Öz təqdimatında müəllif seriyanı eyni rəng qamması ilə birləşdirməyə çalışmır, birləşdirmə təsirinin əksinə olaraq onu forma oyunları və personajların xarakterləri ilə tamamlayır. Onun işləri çox vaxt notları xatırladır. Onların köməyi ilə və öz musiqi duyumuna görə tamaşaçı öz musiqisini yaradır.
Sankt-Peterburqdan olan gənc və istedadlı rəssam Lada Repina “Ədəbiyyat və teatr qəhrəmanları kuklalarda” (Musiqi muzeyi, Şeremetyev Sarayı), “Milad sərgisi” (Rosvuzdizayn qalereyası), “İncəsənətdə ölüm obrazı” (Rəssam Mixail Şemyakin fondu), “Monsterlər. Mifik varlıqlar” (Rəssam Mixail Şemyakin fondu), “Kukla sənəti” (Moskva Maneji MSZ), “İncəsənətdə başmaqlar” (Rəssam Mixail Şemyakin fondu) və bir sıra mühüm sərgilərin iştirakçısıdır. Sankt-Peterburqda N. K. Rerix adına İncəsənət Məktəbini “qrafik dizayner” ixtisası üzrə bitirdikdən sonra Lada Repina (1996-2001) təhsilini eyni ixtisas üzrə A. L. Ştiqlits adına Sankt-Peterburq İncənət və Sənaye Akademiyasında (əvvəllər V. İ. Muxina adına məktəb) davam etdirmiş və 2009-cu ildə oranı bitirmişdir. Onun əsərləri Rusiyanın, Azərbaycanın, İspaniyanın, ABŞ və İsrailin şəxsi kolleksiyalarında saxlanılır.
Sərgi çərçivəsində “Kuklalar Məkanı” (Moskva) şəxsi qalereyasının müəllifi Svetlana Pçelnikovanın üç əsəri də nümayiş olunacaqı ki, eyni zamanda da o Moskvada Beynəlxalq Kuklalar Salonunun təşkilatçısı və “Kuklalar Dünyası” jurnalının sahibəsidir.
Sərginin açılışı 23 aprel 2014-cü ildə 19:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Akt zalında baş tutacaq və aprelin 29-a qədər davam edəcək.