Svetlana Pçelnikovanın rəhbərlik etdiyi “Kukla sahəsi” qalereyası kişi rəssamlara həsr olunmuş kitabın birinci hissəsini nəşr etmişdir.
Almanaxa daxil olmuş müəllif siyahısı kifayət qədər uzun və müxtəlifdir: Boris İvanov və onun taxta insan fiqurları, Pyotr Tişkov və onun parlaq mikrodivası, Roman Şustrov, Culyen Martines, Fransa, Bordo, eləcə də daha az şöhrət tapmış adlar, eksklüziv işlər və daha çox tirajlanmış kuklalar (məsələn, tanınmış “Sibaridkalar”). Kitabda Azərbaycanın kukla ustası Pərviz Hüseynovun da işləri təqdim olunub.
Kitab nəfis şəkildə tərtib olunmuşdur. Bu 300 səhifəlik kitab kukla sənətinin əsl bayramıdır.
Kitabın üz qabığını, Svetlana Pçelnokavanın giriş sözünü və Pərviz Hüseynovun işlərini əks etdirən səhifələri sizə təqdim edirik.