Bu gün təsviri sənət növləri dünya mədəni irs nümünəsi və tamhüquqlu sənət əsəsri kimi geniş vüsət almışdır. Bu unikal sənət növünün ən azından 25 000 il yaşı var. Tarixin müəyyən dövründə o, ayin, oyun və daha sonra teatr alətindən yeni dövrdə bədii sənət əsərinə çevirildi, və digər sənət növləri arasında layiqli yerini tutdu. Kukla üzrə məhşur ustaların işləri təkcə prezident və kralların yer aldığı şəxsi kolleksiyalarda deyil, o cümlədən dünyanın ən məhşur muzey və qalereyalarında nümayiş etdirilir.
Azərbaycanın paytaxtında açılan “Kukla” incəsənət qalereyası – Cənubi Qafqazda bu sahə üzrə ilk ixtisaslaşdırılmış qalereyadır. Onun yaranması bizim ölkəmizdə kukla sənətinin gələcək inkişafının rəhnidir. Qalereyanın əsas vəzifəsi – azərbaycanlı və xarici tamaşaçıları kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir.
“Kukla” art-qalereyasının ekspozisiyasında Azərbaycan – Elmira Abbaslı, Pərviz Hüseynov və İrina Qundorina kimi kukla ustalarının sənət əsərləri ilə tamsil olunur. Bu sənətkarlar çətin və dərin məzmuna malik kukla kompozisiyalarının müəllifləri kimi ölkəmizdə və xaricdə hörmətlə qarşılanırlar. Kukla sənətinin xarici məktəbləri (Rusiya, Ukrayna, İtaliya, Fransa) Bakı “Kukla” art-qalereyasının kolleksiyasında müxtəlif janrlarda işləyən tanınmış müəlliflərin işləri ilə təmsil olunur: Yelena Mixaylova (interyer-kukla), Lada Repina (kukla art-obyekt kimi), İrina Deyneko (fəşn kukla), Roman Şustov (heykəl-kukla), Viktoriya Kukalo (stim-pank), Anna Fadeyeva (personaj kuklanın folklor kukla ilə birləşməsi), Nadin Lapinlauski (klassik kukla), Tatyana Liseviç (Teddi-ayı), Katerina Veştak-Andreone (klassik kukla), İrirna Veştak-Ostromenskaya (heykəl-kukla). “kukla” art-qalereyasının giriş lövhəsinin yaradılması üçün Bakıya tanınmış rus rəssamı, art-mexanizm üzrə mütəxəssis Viktor Qriqoryev dəvət olunub.
Qalereyanın rahat zalı özünn möhtəşəm eksponatları ilə, yəqin ki, bakılıların və şəhərimizin qonaqlarının sevimli ziyarət məkanlarından birinə çevriləcək.